+ Reply to Thread
1`dan(dən) 1`ə(a/ya/yə) qədər. Cəmi 1.

Mövzu: ərəb əlifbasi Nə üçün Türk Dilinə Yaramir!?

  1. #1
    Azerbaycan konularin nazir müduru sensizolmaz's Avatar
    Qeydiyyat
    Apr 2008
    Ünvan
    TəbriZzZzZzZ
    İsmarıclar
    858

    Level: 37 
    Təcrübə: 1,187,966
    Next Level: 1,209,937

    Thanks
    1,912
    Thanked 2,081 Times in 755 Posts

    Post ərəb əlifbasi Nə üçün Türk Dilinə Yaramir!?

    Başlıq seçdiyim bu tümcəni, 1926.cı ildə Fərhad Ağazadnin bitiyindən almışam. F. Ağazadə o dönəm yeni yarnan “Azərbaycan Latin Əlifba komitəsinin” başqanıydı. O, bitiyində (1926-da çap olmuşdur) Türklərin Ərəb imcəsinə (əlifbasına) geçişlərinin çesitli dönəmlərinə geniş biçimdə deyinmişdir. Bitiyində bu imcənin Türk dilinə nə kimi ziyanlar vurduğunu tutrlı kanıtlarla ortaya qoymyşdur. Bu imcədən qaynaqlanan yanlış yazılan yeradlarının ( toponimlərin ), adamadlarının (antroponimlərin),…sonra da yanlış oxunuşlarını kanıtlarla göstərmişdir. Bu düşüncələrini bilimsəl olaraq yorumlayan Ağazadə ərəb imcəsiylə iligili belə bir sonuca varmışdır: “Tarıx boyu bu imcə (ərəb əlifbası) Türk əkininə (kültürünə) Ərbəb qoşunundan daha çox ziyan vurmuşdur.” Biz Ərəb imcələriylə yazılan əski yapıtlara baxdığımızda bu gerçəkləri görməkdəyik. O yapıtlarada yazılan bir çox sözlər, indinin özündə də dilçiləin arasında dartışma konusudur. Bu nədənlə sözlərin anlambilimiylə kökəninə kəsin varılacaq aydınlıq gətirilməmişdir. Somut bir sonuca varılmadığından, qırımlarımız (düşmənlərimiz) bundan yararlanaraq onları (sözləri) öz dillərinə uydurub yorumlamışlardır. Örnək üçün əski bir Qıbçaq oymağının adını daşiyan “Tərbiz” şəhrini, “Təbriz” olaraq yorumlayıb, ulusumuza mənimsətmışlərdir. Bilindiyi kimi indinin özünədə də güneydə ora “təybiz, “Tərbiz” deyilər. Biz bu sözlərin iki deyiminə də baxanda Türkcə bir anlam vermək olar. Göründüyü kimi söz iki sözün birləşməsindən yarnmışdır. Birinci örnəkdə, (təybiz) “təy”sözü soyut olsada, “biz”(adıl-zəmir) sözünün Türkcədə somut bir anlamı vardır. İkinci örnəkdə(tərbiz) isə, sözün ikisinin də somut anlamı vardır. Demək biz “Tərbiz” sözünün Türkcə bir ad (tər), bir də adıldan (biz) yarandığını açıqca görürük. İkinci örnək : Bakı sözü, “Divani Luğatı-Türk”də, “Baqı” olaraq yazılmışdır. Divanda anlamı, “Dağ Üstü Yer”,olaraq yazılmış, Xəzər dənizi qırağında yerləşdiyi də vurğulanmışdır. Bununlada somut olaraq hara deyildiyi aydın bilinməkdədir. Ancaq “Divan” kimi birdəyərlı yapıtın irminci yüz ilin başlanğıcında (1913) tapılıb basılması, bu somut adı özgələsdirməyə çalisanlara olanaq yaratmışdır. Buna gör də ora Farsca(badkube) bir anlam verənlər olmuş, söyləvci (mitolojik) bir düşüncəni də (küləklər şəhəri) topluma aşilamaqla yanlış yoruma damğa vurulmuşdur. Biz əski Türk yapıtlarında ərəb imcələrindən qaynaqlana minlərlə belə yanlışlarla qarşilanırıq.
    M. F .Axundof Ərəb imcələrinin çətinlikləriylə (zəmmə, fəthə, kəsrə, nüktə) sorunlarından dolayı, Tehrana, İstanbula özünün önərilərini götürmüşdür. Ancaq onun bu önəriləri oralarda mənimsənməmişdir.
    Sonralar Azərbaycanda M.C. Məmmədqulizadə, Ə. Haqverdiyev, M.Ə. Sabir kimi tanınmış aydınlara da Ərəb imcələrinə təpki göstərici düşüncələr irəli sürmüşdülər. M. C. Məmmədqulizadə 1926 .cı ildə yaranan “Latın Əlifba Komitəsini” yaradanlardan olmuş, onun yayqınlanması üçün Kırıma, Qazana, Türkistana getmişdir. Bilindiyi kimi Azərbaycanada siyasi bir güc olmadan Latin imcəsinə geçiş aydınların istəyilə olmuşdur. Ancaq düşünüldüyü kimi bu iş də rahatda olmamışdır. Geri düşüncəli yazar çizər “Ay havar tariximizi unutmaq istirlər”, “ Bu kafir əlifbasıdır, bizi kafir etmək istirlər”, … kimi soluqanlarıyla bunu önləməyə çalismisdilar. Ancaq tanınmış aydın kəsimin çoxlugunun Lətin imcəsinə ağırlıq qoyması , bu işin çözümünə yardım etmişdir. Bilindiyi kimi Türkiyədə iki il sonra (01.11.1928) Atatürkün başçilığıyla Latın imcəsinə geçilmişdir.
    1938.ci ildə Ruslaştırma siyasətinin sonucu olaraq basqiyla Rus kiril imcəsinə geçilmişdir. Bilindiyi kimi o illərdə Azərbaycanda tanınmış minlərlə yazıçı, qoşuqçu, aydın qurşunlanmışdır.
    Ərəb İmcələrinin yetəsizliyi
    Bilindiyi kimi ərəb imcələri Türcəni doğru qarşilamır. Bu nədənlə o imcələrlə yazılan yazılar doğru oxunmadığından çesitli çətinliklərə nədən olur. Ərəb imcələri yalnız ünlü səslərdə sorun olmur. Ünsüzlərd də çesitli sorunlar çixarir. Ərəb imcələrində üç “S” , üç “Z”, ik “T”, iki “H” vardır. Çesitli dönəmlərdə Türkcə yazılan yazılarda yanlış olaraq bunlar işlənmişdir .“Ç” “G”, “J”, “P” kimi imcələrə isə yoxdur. Ərəb imcələrinin ən böyük sorunu isə dilin varsallığına nədən olan, Türkcənin doqquz ünlüsün qarşilayacaq imcələrinin somut qarşilıqları olmamasıdır. Demək olar Ərəb imcələri Türkcədə olan heç bir ünlünü somut biçimdə qarşilamır. Türklər çesitli dönəmlərdə bu əskikliyi qaldırmaq üçün gərəksiz uydurmalara varmış, anacq ortaq bir məxrəcə çatmamislardir.
    Güney Azərbaycanda son otuz ilin içində bu əskikliyi qaldırmaq üçndə nə iş görülmüşdüsə də ortaq bir sonuca varılmamışdır. Çesitli örnəklərə baxaq: “A”, sözün başinda ortasında çesitli yazılır. “E, Ə” gənəldə bir imcə ilə göstərilir. “I, İ” bir imcə il göstərilir. Biriləri “I”nı iki nüktəni alt alta qoymaqla ayırmağa çalisirlar. En pisi sözlərin ortasında, sonunda ikisidə( I,İ) “Y” kimi yazılır. Demək üç im bir imlə göstərilir. “Sayrı” , “Ayrı”,.. kimi minlərlə sözün Ərəb imləriylə yazılışını düşünün. “O, U, Ö, Ü, ünlü səsləri isə, demək olara bir imlə göstərilir. Burada Ərəblər kimi yeni “Zəmmə”, “ Fəthə”, “Kəsrə” düzəldənlərimizin də yersiz önərilərini vurqulamq istərdim. Ancaq ne edilərsərsə, et o imcələr Türcəyə yaramır. Oxucular tümcənin anlamından sözün nə analma gəldiyini anlayırlar. M. C. Məmməd Qulizadənin flatonunda olduğu kimi “üşaq oldumu”, “Üşaq öldümü” sorusunu ikinci, üçüncü,… tümcədən sonra anlamaq olur. Bir sözlə bilimsəl açıdan Ərəb imcələri Türcəyə kəsinliklə yaramır desək, doğru anlayışdır.
    Biriləri isə, Ərəb imcələrindən qopmağı geçmiş qaynaqlarımızdan ayırmaq kimi yorumlayırlar. Bu doğru anlayış deyildir. Çün, istər Azərbaycanda, istərsə də Türkiyədə gərəkən əski Türk qaynaqları bütünüylə Latin imcələrinə çevrilmisdir. Ancaq onları araşdırmaq üçün toplum yetgili deyil, uzmanlar yetgili olduğundan, uzmanlar da ərəb imcələrini öyrənirlər.
    Güney Azərbaycanada bu imgələrin arxasında duran siyasət nədən qaynaqlanır?
    Bu siyasətin arxasında sözsüz İran devləti durur. İranın eski baxanlarından olan Məhəmməd Əli Fruğu deyər: “ Azərbaycanlılar Türkcə yazıb oxumağı öyrənsələr, onlar Farsacaya gərək duymazlar. Buna görə də onlarada İrançılıq düşüncəsini gücləndirmək üçn, Farslarla olan ortaq bağları gücləndirmək, Türkiyə ilə Quzey Azərbacanda olan bağlarını kəsmək gərəkir.” Güney Azərbaycana bu düşüncə siyasətini uyğulama araclarının biridə Ərəb imcələridir. Demək olar bütün Farsac yapıtlar Ərəb imcələriylə yazılımışdır. İran Farsçılıq siyasətçilərinin qorxuları isə, Azərbaycanlıların Latın imcəsinə geçişini, onların Fars yazınından, əkinindən ayrılmaları kimi görürlərdir. Bu ayrılığın üzün sürməsi onların farslaşdırma siyəsətinin önləyicisi olaraq görülür. Çün, onlar(farsçılar) Ərəb imcələrini Türkləri əritmə aracı olaraq düşünürlər. Onlar düşünürlər, Azərbaycanlılar bu imcədən ayrılıb, Latincəyə geçərlərsə, İrandan ayrılmanın təməli qoyulmuş ulur. Onları Quzey Azərbaycanlılarla, Türkiyəlilərə bir adım yaxınlaşdırır. Şah dönəminin başbaxanının Azərbayclılarla bağlı yuxarıda verdiyim düşüncələrini, İstambulda İran konsulluğunda görəvli olan Əkbər Gənci Tehrana yolladığı raporda olduğu kimi axtarmışdır. ( Ə. Gəncı 1989.cı ildə Bakıda olmuş, orda olan Güneylə bağlı düşüncələrlə duyğuları tehrana yansıtmış, onun önləmlərini də yorumlamışdır. rapor 1990 da tehrena uollanmışdır. ) Ə. Gəncinin raporunda imcə konusuna da toxunulmuş, Azərbaycanda gənəl görüşün Latin imcələrinə geçeməsindən yana olduğu vurğulanmışdır. Bildiyimiz kimi İran devləti bu siyasəti izləmək üçün Quzey Azərbaycanda geniş biçimdə düşüncə biçimləməyə çalisdi. Bu sisysət üçün çesitli yatırım qoydu. Ərəb imcələriylə Tehranda“İslamı birlik”, “Yol” kimi gündəc, dərgiylə birgə çoxlu Türkcə bitiklər çap edib, pulsuz quzeye yolladı. Tehranda basılan bu dergiylə, gündəcin Güney Azərbaycanda Türkcənin yayqınlaşmasından qorxaraq, onları “Şəhriyar”, “Cahan” adlarıyla Bakıda buraxmağa başladı. O yayınları baş yazırı isə dəyişmədi. O dönəm Azərbaycanda yaranan siyasi boşluqda İran bir işlər gördü isə, sonra istədiklərini edə bilmədi. Bildiyimiz kimi Azərbaycan kamutayı (məclisi) 1992.ci ildə Latin imcələrini mənimsədı. Bu işdən əli boş çixan Iran “kor tutduğun” buraxmadığı kimi, başladı Kiril imcələrində dirənməyə. “Şəhriyarla”, “Cahanı” neçə illər kiril imcələriylə basımını sürdürdü. Quzeydən ağzı yanıx geri qayıdan İran siyasətçiləri güneydə yayğınlaşmaqda olan dili önləmək üçün bu kəz Ərəb imcələri siyasətini uyğulamağa başladılar. Güneydə illər boyu çap olan tanınmış bir dərginin baş yazarına, İranın dışiışlərbaxanı Ə. Vilayəti ilə cumhurbaşqnının danışmanlarından olan Mir Səlim, dərgidə Latin imcələrində yazı gedərsə bağlanacağı koşulunu(şərtini) bildirmişlərdir. Bu gun İranın Latın imcələrinin güneydə yaqınlaşmasından qorxduğu quşqusuzdur. Bunun üçün çesitli yollarla bunu önləməyə çalisir.
    Burda bir anını paylaşmaq istirəm.1990.cı ildə Azərbaycanın tanınmış qoşuqçusu B. Vahabzadə bir nəçə yoldaşiyla Tehrana gəmış, İstiqlal hotelində yerləşmişlərdir. Biz də bir nəçe kişiylə olra getdik. Hotelin birinci qatında olan salonda B. vahabzadədən bir gəzetəci söyləşi almaq istədi. B. Vahabzadəyə ilk soru imcə konusu oldu. B. Vahabzadə bir neçə kəz işi citdiyə alıb, bilimsəl olaraq düşüncələrini desi. Ancaq qəzetəçi “latın hətfləri, kafir hərfləridir” deyəndə B. Vahabzadə cin atına minib, “onda bu elində olan kafir aracını (diktafonu deyirdi) mənim ağzıma niyə soxursan!?, Sən mənlə müsahibəmi, mübahisəmi edirsən!?”… Söyləşi iki üç dəqiqənin içində qarğaşayla bitdi. İran siyasətinin bir yetgilisinin elə yobazlığı devlət siyasətindən qaynaqlanırdı.
    Ancaq son günlərdə Latin imcələrini Ərəb imcələrinə çevirən bir aracın ortaya çixmasiyla, bizim dəvəçilik siyasəti yürüdənlərimizdə bir geriləmə oldu. Artıq bu kəramətlı aracla yuxarıda göstərdiym onlarla köklü sorunu aşacağıq! Umarım qocalarımız yararlanmasa da, ölülərimiz üçün bir yararı olar.
    Bu işin siyası bilincində olmasaq “simgə, bayraq” konusunda olduğu kimi özgə dəyirmanlarına sö töküb, dadı qaçmış saqızları çeynəməli olacağıq.
    Ərsan Ərel
    Last edited by sensizolmaz; Saturday 6 September 2008-1 at 02:06 PM.
    [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]

    Gülki Dünya Sənə Gülsün



  2. The Following 5 Users Say Thank You to sensizolmaz For This Useful Post:

    BozKurt (Friday 19 March 2010-1), durdu (Sunday 15 November 2009-1), gelecek bizimdir (Saturday 6 September 2008-1), R.F.A (Thursday 7 July 2011-1), tarkan (Saturday 6 September 2008-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

ərəb əlifbası

ərəb əlifbasını öyrənmək

əski azərbaycan əlifbası

Azərbaycan ərəb əlifbası

ərəb əlifbası nə üçün türk dilinə yaramırəski Azərbaycan əlifbasiFərhad ağazadə nə üçün ərəbəski əlifba ərəbçin əlifbasıərəb əlifbasını necə öyrənək
SEO Blog

Tags for this Thread

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts

Search Engine Friendly URLs by vBSEO