Dostlar bu bölümə ulu şairimiz nizami gəncəvinin şerləri yayilacaq
SONUNCU PEYĞƏMBƏRİN ŞƏNİNƏ
Varlığın lövhəsinə ilk söz yazanda qələm, -
Əhmədin "əlif"ini yazıbdır onda qələm.
"Əlif" "hey"i mülkünə hakim edəndən bəri,
"Dal" onun boyunbağı, "mim" də ki bir kəməri.
Bu kəmər, boyunbağı edib camal sahibi,
Səadət dünyasında olub kamal sahibi.
Bu günbəz ki, kərpici saçar firuzətək nur, -
Onun cənnət bağında tər-təzəcə turuncdur.
SONUNCU PEYĞƏMBƏRİN ŞƏNİNƏ
Varlığın lövhəsinə ilk söz yazanda qələm, -
Əhmədin "əlif"ini yazıbdır onda qələm.
"Əlif" "hey"i mülkünə hakim edəndən bəri,
"Dal" onun boyunbağı, "mim" də ki bir kəməri.
Bu kəmər, boyunbağı edib camal sahibi,
Səadət dünyasında olub kamal sahibi.
Bu günbəz ki, kərpici saçar firuzətək nur, -
Onun cənnət bağında tər-təzəcə turuncdur.
Turuncun adətidir: gül açmaz ilk baharda,
Meyvəsi yetişəndə gəlib çıxar bahar da.
Peyğəmbərlik bayrağı göylərə qalxan vədə
Sonuncu peyğəmbərlik verildi Məhəmmədə.
Ay - zəbərcəd üzükdür, nurlandırır dağ-daşı,
Məhəmməd möhürüylə parlayır onun qaşı.
Dünyanın sırğasıdır adındakı hər bir "mim",
Hər iki cahanı da edib özünə təslim.
Yer üzünə elçidir, İsatək qulu vardır,
Müjdəçi müjdəçidir, çapar da ki çapardır.
Dünyaya dərs almamış natiq kimi gəlibdir,
Dərsi - Məsihin "mim"i, Adəmdəki "əlif"dir.
"Ənbiya" kəlməsinin həm əvvəli həm sonu.
Əhdinə, vəfasına "əlif"tək düz bil onu.
Varlığı ən işıqlı bir nöqtədir varlığa,
Hər sözü, hər kəlamı səslər bəxtiyarlığa.
Təkəbbür, lovğalıq da o bilmədi cahanda,
Cahandan uca başı əyilmədi cahanda.
Kəlamıyla təlimin artdı şöhrəti, şanı,
Əlçatmaz, ünyetişməz fələklərdir eyvanı.
Müqəddəs dərgahında hicabdadır nəbilər,
Müqəddəslik onunla ləkələnmək nə bilər.
Günahkarın gözləri kor qalıb qürbətdə də.
Məkkədən xərac alıb, bac alıb qürbətdə də.
Sükutu səni yaxar, göz kor olar tüstünə.
İstəyi pərdə çəkər günahların üstünə.
Ədalətlə yatırar hər qovğanı, savaşı,
Onu sevməmək olmaz, sevəni sanma naşı.
Varlıq dəyirmanını fırlandıran oxdu, ox,
Üstümüzdə ağadır, səxavəti çoxdu, çox.
Əzəliyyət dərsindən əbədilik dərs alıb,
Ürəyinə qürbətin öz çırağı nur salıb. -
İşığıyla dolubdur günəşin qızıl tası,
Meracından Ay olub göydə hilal parçası.
Ərşdə merac gecəsi öz taxtını qurubdur.
Başına tac qoyubdur, belə kəmər vurubdur.
Gecənin səməndinə nal vurub, göyə uçub,
Nəfəsinə yer üzü dar gəlib, - deyə uçub.
Səhərin mələkləri səkil atı gətirib,
Həsrətindən, darıxan yer üzünə yetirib.
Alapaça toxdayıb, nəfəs alır haçandır,
Nizami - yəhərinin örtüyünü açandır.
gelecek bizimdir (Tuesday 9 September 2008-1), memmed (Tuesday 24 November 2009-1), tarkan (Saturday 14 November 2009-1)
Düzü bu şairin şeirləri bu sayta yaraşmır!!!Kim nə deyir desin məncə o fars şairidir...Çünki onun türk dilində bir dənə də olsun şeiri yoxdur!Bütü əsərlərini farsca yazıb!Özüdə bu şeirləri fars hökumdarlarına sataraq dilənçi kimi yaşayib!Vətən,türkçülük,xalq,türk dili uğrunda canından keçən şairlərin yanında o (kobud səslənsədə) heç kimdir!Bəlkə də çoxunuz bu sözlərə görə məni qınayacaqsız amma mənim dediklərimdə də həqiqət var!
Vətənimi sevirəm mən sevəcəm
Dərdlərini bilirəm mən çözəcəm
Millətim üçün hər şeyə mən dözəcəm
Vətən mənim,xalq mənimdir deyəcəm
Sən mənim heysiyyətim,
Qürurum,mədəniyyətim
Vicdanım,qanım,canım
Mənim Azərbaycanım!
Türk dilini öyrənin,onların uzun sürən hakimiyyəti olacaq.Məhəmməd(s.ə.s) peyğəmbər
memmed (Tuesday 24 November 2009-1), yurd sevan (Saturday 14 November 2009-1)
[Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]
Saytin bütün konuların-dan istifadə etmak ücün sayta üzv olun
Azerbaycanın Ilk Türkce Güney forumu
اولین تالارگفتمان (انجمن - فروم) آذربایجان[Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]
Mən bu elin gur-yananı,sönürəm
Mavı dəniz,indi qıra dönürəm
Ölən,Elin nışanıdır,ay haray!
Mən ölmədə,kalavadır köy-saray
------------------------------------------------Haq sel kimi dəryayə axıb yol tapacaqdı
daş atmağınan kimsə onu çöndərə bilməz
dünyada qaranlıqlar əgər birləşə bahəm
bir xırdaca şamın ışığın söndürə bilməz
--------------------------------------------------توجه: ارسال نوشته های فا...ر...سی به علت ف.ی.ل..ت..ر.ین.گ در کلیه انجمن ها ممنوع میباشد
به غیر از انجمن تراکتورسازی آن هم به شرط ذکر منبع
لطفا همکاری نمائید
Azerbaycan_Qizi (Sunday 15 November 2009-1), BozKurt (Saturday 14 November 2009-1), memmed (Tuesday 24 November 2009-1), tarkan (Saturday 14 November 2009-1)
bozkurt sənin sözlərində həqiqət var doğru sözlərdə var ancaq indi savaş top tüfək savaşı deyil.
bu gün gəncəvidən vazgeçsək obirsi gün mövlana və başqa gündə şəhriyari itirərik.
bəzi vaxtlar gərək addım addım qabağa getməliyik yoxsa çox şeyləri əldən verərik.
![]()
---------------------------------------------------------------------
Azerbaycan_Qizi (Sunday 15 November 2009-1), BozKurt (Sunday 15 November 2009-1), memmed (Tuesday 24 November 2009-1), yurd sevan (Sunday 15 November 2009-1)
N.Gəncəvi Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncə şəhərində anadan olmuşdur.Türkdür-Gəncəlidir..Buna heç kimin şübhəsi olmasın.Gəncəvi dövründə ədəbiyyatda fars-dili hakim idi.
Nizami Gəncəvi türk dilində divan yaratmış,ancaq bu divanı üzə çıxartmaq kimlərəsə sərf eləməmiş.
♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
Durduqca bədəndə can
Yaşa yaşa çox yaşa
Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥
memmed (Tuesday 24 November 2009-1), tarkan (Tuesday 24 November 2009-1), yurd sevan (Wednesday 25 November 2009-1)
Nizami Gəncəvinin türk dilində tapılan divanı İranda nəşr olunub
Misirin Xədiviyyə kitabxanasında Nizami Gəncəvinin türk dilində divanı tapılıb. Bu barədə APA-ya İrandan eksklüziv açıqlamasında şair və tədqiqatçı Sədiyar Eloğlu deyib.
Hazırda N. Gəncəvinin türk dilində tapılan divanının tədqiqi ilə məşğul olan S. Eloğlu divanın hələ 40 il öncə İran tədqiqatçısı, milliyyətcə azərbaycanlı olan Səid Nəfisi tərəfindən Misirin Xədiviyyə kitabxanasında aşkarlandığını, amma alimin hansısa səbəblərdən bu kitabı üzə çıxarıb tədqiq edə bilmədiyini deyib. İki il öncə isə Misirdə yaşayan marağalı şairə Fəxri Vahizədən divanı aşkarlayıb və bir nüsxəsini Sədiyar Eloğluya göndərib. Son iki ilini əsərin tədqiqinə həsr edən alim bəzi tədqiqatçıların əsərlərin Nizami Gəncəviyə məxsus olmaması ilə bağlı iddialarının da təsdiqini tapmadığını söyləyib: “Çünki əsərlərdə qeyd olunan tarixi məqamlar və şəxsiyyətlər Nizami Gəncəvinin dövründə yaşayıb. Bu, Nizami Gəncəvinin dəsti-xəttidir”. O, divanda 213 beytin N. Gəncəviyə aid olduğunun tam təsdiqləndiyini də söyləyib. S. Eloğlu bu şerləri artıq İranda nəşr etdirib.
♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
Durduqca bədəndə can
Yaşa yaşa çox yaşa
Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥
janim_vatanim (Tuesday 24 November 2009-1), memmed (Tuesday 24 November 2009-1), tarkan (Tuesday 24 November 2009-1), yurd sevan (Wednesday 25 November 2009-1)
Azeri kizi doğru deyir.Deyilənlərə görə Misrin qədim əlyazmalar kitabxanasında Nizaminin Türkcə divanı tapılıb.
Farsca bir şeirində deyir:
پدر بر پدر مر مرا ترك بود
به علم و هنر هر يكي گرگ بود
O fəxr ilə Türk olduğnu bəyan edir.
janim_vatanim (Tuesday 24 November 2009-1), tarkan (Tuesday 24 November 2009-1), yurd sevan (Wednesday 25 November 2009-1)