+ Reply to Thread
4 səhifədən 4-cisi BirinciBirinci 1 2 3 4
31`dan(dən) 32`ə(a/ya/yə) qədər. Cəmi 32.

Mövzu: Lətifələr

  1. #31
    Azerbaycan konularin nazir müduru sensizolmaz's Avatar
    Qeydiyyat
    Apr 2008
    Ünvan
    TəbriZzZzZzZ
    İsmarıclar
    858

    Level: 37 
    Təcrübə: 1,186,748
    Next Level: 1,209,937

    Thanks
    1,912
    Thanked 2,081 Times in 755 Posts

    Post Molla Nəsrəddin

    Yəqin dovşan azıb

    Bir gün Molla Nәsrәddin bazara çıxır. Bazarda gәzәndә görür ki, bir ovçu iki dovşan satır. Molla cibindә olan pulunu verib dovşanların ikisini dә alır vә evә aparır.Arvadı dovşanları görüb molladan soruşur:
    -A kişi, bu dovşanları nә üçün-almısan?
    -Molla cavab verir:
    -Arvad, sәs salma, darğanı aldadacağ*** pul qazanacağam.
    Arvad soruşur:
    -A kişi, dәli-zad olmamısan ki? Sәn bunlarla nә çür pul qazana bilәrsәn?
    Molla deyir:
    -Arvad, dovşanın birini evdә bağlayacağ*** birini dә darğaya aparacam. Sәn bir yaxşı aş bişirәrsәn, bostandan da bir yemiş dәrib kәtirәrsәn.Sonra nә elәyәçәyәm, özüm bilәrәm.
    Arvad aş bişirmәkdә olsun, molla da dovşanın birini evdә dirәyә bağlayır, birini dә götürüb darğanın yanına kedir. Salam-kalamdan sonra molla deyir:
    -Darğa, adam dili bilәn bir dovşanım var. Әlim aşağı düşdüyündәn satmaq istәyirәm. һeyfim gәlir ki, onu һәr adama satam. Sәnә layiq olduğu üçün gәtirmişәm.
    Darğa ondan soruşur:
    -Necә adam dili bilir? Heyvan da adam dili bilәrmi?
    Molla deyir:
    -Mәn nә desәm başa düşür.
    Darğa deyir:
    -Elә şey olmaz, buna inanmıram.
    Molla deyir:
    -İstәyirsәn ,bu saat sınayaq.
    Darğa razı olur. Molla ağzını dovşanın qulağına dirәyib deyir:
    -Dovşan, get, evdә arvada de ki, bir yaxşı aş bişirsin, bir-iki dә yemiş alsın, bu saat darğa ilә gәlirik.
    Molla sözünü qurtarıb dovşanı buraxır. Dovşan qaçıb gözdәn itir. Bir qәdәr mükalimәdәn sonra molla darğaya deyir:
    -Zәһmәt çәk, dur bizim evә kedәk.
    Molla darğanı götürüb evinә aparır. Molla baxır ki, aş dәmә qoyulub, yemişin iyi evi götürüb. Qaldı dovşan, o da evdәdi. Molla özünü dovşanı görmәyәn kimi göstәrib deyir:
    - Arvad, dovşan gәlib çıxdımı?
    Arvadı mәtlәbi o saat başa düşüb deyir:
    - Gәlib çıxıb. Ona nә tapşırmışdın һamısını elәmşiәm.
    Darğa bunu görәn kimi mollanın sözlәrinә tamam inanıb deyir:
    Molla, dovşanın qiymәti neçәdi?
    Molla deyir:
    - Darğa, ucuz verirәm. Min tümәn.
    Darğa o saat mollaya min tümәn verib dovşanı ondan alır, boğazından ipi açıb qulağına deyir:
    -Ket bizim evә, arvada de, bir yaxşı yemәk һazırlasın, molla ilә gәlirik.
    Darğa dovşanı buraxır. Dovşan qaçıb gözdәn itir. Bәli, gәlib görürlәr ki, darğanın arvadı dәһlizdә oturub. Darğa soruşur:
    -Arvad, dovşan gәldimi?
    Arvad çavab verir:
    - Dovşan nәdi?
    Darğa deyir:
    -Dovşan gәlib sәnә demәdimi molla ilә gәlirnk, һazırlıq gör?
    Arvad elә bilir ki, әrinin başına һava gәlib:
    - A kişi, yәqin sәn azarlamısan, get mollaya dua yazdır.
    Darğa bütün әһvalatı arvadına, mәn sizә söһbәt elәdiyim kimi danışır. Arvad mәtlәbi başa düşüb deyir:
    -A kişi, naһaq dovşanı әldәn buraxmısan. Bizә elә bir xәbәr aparıb-gәtirәn dovşan lazımdı. Onda arvadlar mәnim һaqqımda һeç söz deyә bilmәzlәr, görәrlәr ki, aydan arı, sudan duru bir arvadam.
    Darğa mollaya deyir:
    -Molla, bәs dovşan necә oldu?
    Molla cavab vermәmiş arvadı dillәnir:
    -A kişi, yәqin dovşan bizim evimizi tanımayıb başqa yerә getmişdir.
    Molla әlüstü soruşur:
    -Darğa, bәs sәn dovşanı evә göndәrәndә evinizin yerini demәdin?
    Darğa deyir:
    -Yox, yadımdan çıxıb demәmişәm.
    Arvadı darğanı danlamara başlayır:
    -Gör nә axmaqsan ki, elә dovşanı dağa-daşa salmısan, әlimizdәn çıxarmısan.

    Bəlkə mən də yerikləyirəm

    Günlәrin bir günü Molla Nәsrәddin özünü xәstә һesab elәyir. Hәkim qalmır, loğman qalmır, һamısını gәtirirlәr, ancaq һeç biri onu sağalda bilmir. Deyirlәr, o zaman Molla Nәsrәddin olan şәһәrdә bir kamil һәkim yaşayırmış. Molla onun sorağını alıb yanına gedir, dәrdini ona söylәyir. Hәkim mollaya yaxşı-yaxşı baxandan sonra deyir:
    -Sәndә naxoşluq-zad yoxdu. Görünür sәn çox vasvasısan. һәr şeydәn ötrü özünü xәstә һesab elәyirsәn. Vasvasılıqdan qurtarmaqdan ötrü gәrәk һeç bir şeyә fikir vermәyәsәn. Yayda dağa gedәrsәn, yaxşı һavada olarsan, canında nә ağrı-acı var, һamısı çıxıb kedәr.
    Hәkimin sözlәri mollaya xoş gәlmir. һәkimin yanından çıxıb mәlul, mәһzun evinә kәlir. Arvadı soruşur:
    -A kişi, һәkim nә dedi?
    Molla deyir:
    -Heç nә. Deyir naxoşluğun-zadın yoxdu. Bu da elә o biri һәkimlәr kimi imiş, adı çıxıbmış.
    Arvad deyir:
    -A kişi, deyәsәn sәndә naxoşluq-zad yoxdu. Elә bu yazıq һәkimlәr doğru deyirlәr. Ürәyinә naxoşluq sözünü gәtirmә, һәr şey düzәlsin.
    Molla һirslәnib deyir:
    -Hamı mәnә bu sözü deyir. Can-candan ayrıdı. Axmaq һәkimlәr bilmirlәr ki, xәstәliyim çoxdu. Yadıma niyә xәstәlik salıram. Adam yadına gәzmәk, yemәk, içmәk salar, xәstәliyi yox. Arvad, sәn dә axmaq adamların tayısan ki, ürәyinә һәr çür fikir gәlir. Mәn özüm öz dәrdimi tapar*** sәn dә tamaşa elәrsәn.
    Arvadı deyir:
    -Neçә tapacaqsan, mәgәr sәn o һәkimlәrdәn çox bilirsәn?
    Molla deyir:
    -Bir kitab var, bütün dәrdlәrin dәrmanı orada gösöstәrilir. Dәrdlәrin әlamәti dә o kitabda yazılıb. Mәn sabaһ o kitabı tapar*** oxuyub dәrdimi bilәrәm. Vəssal*** şüdtamam.
    Bәli, gecә keçir. Sabaһı molla o kitabı tapıb gәtirir, oxumağa başlayır. Çox oxuyur, az oxuyur, bir yerdә dayanıb arvadını çağırır:
    -Arvad, bura gәl, dәrdimi tapmışam.
    Arvad tez onun yanına gәlir:
    - A kişi, oxu görüm dәrdin nәdi? Molla başlayır oxumağa:
    - Zәiflikr, ürәk bulanması, baş ağrısı, göz qaralması, qılçaların ağrıması, әllәrin әsmәsi, iştaһın olmaması. Arvad, bunların һamısı mәndә var. Gördün necә tapdım?
    Arvad deyir:
    -A kişi, dalın oxu görәk. Bu sözlәr adama bir çür gәlir, deyәsәn, özündәn deyirsәn.
    Molla deyir:
    -Bu yaşda yalan danışacağam? Canın üçün bu dәrdlәrin һamısı mәndә var.
    Arvad gülә-gülә deyir:
    -Bu naxoşluqdan mәndә dә çox olub. Әgәr dәrdin budursa çox gülmәlidi.
    Molla kitabdan oxumağa başlayır:
    -Bu dәrdlәr ki, sәndә oldu, kәrәk bütün istәdiyini yeyәsәn. Bu xәstәlik ancaq arvadlarda olur. Ona da yeriklәmә deyәrlәr.
    Molla dikәlib oturur, әlini qarnına sürtür. Arvadı gülә-gülә deyir:
    - A kişi, gördün ki, gülmәlidi.
    Molla һirsli deyir:
    -Gülmәli niyә olsun? Mәn dә adam*** bәlkә elә bir şey var, mәn dә yeriklәyirәm?

    Məbadə-məbadə qatırçının qatırını ürküdəsən

    Bir gün molla arvadından soruşur:
    -Arvad, adamın ölüb-ölmәmәyini nәdәn bilmәk olar?
    Arvadı ona cavab verir:
    - Әl-ayağının soyumasından.
    Bu söһbətdәn bir neçә gün sonra bәrk soyuq olur. Molla meşәyә oduna gedir. Odun qıranda baxır ki, әl-ayağı buz kimi soyuqdu. Arvadının sözlәri yadına düşüb öz-özünә deyir:
    -Paһo, әl-ayağım soyuyub, yәqin ölmüşәm.
    O saat әl-ayağını uzadıb yatır. Qulağına sәs gәlir. Karvan keçirmiş. Öz-özünә deyir:
    -Ölәndә nә olar, qoy bir baxım, görüm bu nә sәs-küydür.
    Molla yavaşca başını yerdәn qaldıranda karvanın qatırları xoflanıb ürküşür, yüklәrini tökür. Karvanbaşa mollanı yaxalayıb deyir:
    -A kişi, sәn kimsәn, burada niyә gizlәnibsәn?
    Molla deyir:
    Mәn ölüyәm, o dünyadan gәlirәm.
    Karvanbaşı deyir:
    -Ölü deyilsәn, ancaq biz sәnә ölülüyü göstәrәrik.
    Karvanbaşı göz elәyir. Adamları tökülüb mollanı yaxşıça döyürlәr. Molla özündәn gedir. Onlar gedәndәn, bir az sonra molla ayılır, gedir evinә.
    Arvadı mollanın һalını pәrişan görür. Ondan nә soruşurlar çavab vermir. Baş-gözünü sarıyıb yıxırlar yorğan-döşәyә. Mollanın naxoşlaması һәr yerә yayılır. Adamlar һәr tərəfdən onun yanına gəlirlər. Baxırlar ki, mollanı bərk döyüblәr. Molladan soruşurlar:
    -Molla nə olub sənə, harada səni bu günə salıblar?
    Molla inildəyə-inildəyə cavab verir:
    -O dünyaya getmişdim.
    Ondan soruşurlar:
    -Neçәdi, o dünya yaxşıdımı?
    Molla deyir:
    -Çox yaxşıdı. Amma sizә tapşırıram. Әgәr yolunuz o dünyaya düşsә, mәbada-mәbada qatırçının qatırını ürküdәsiniz.

    Öz mindiyimi saymıram

    Bir gün mollaya sәkkiz nәfәr tanışı öz eşşәklәrini tapşırır. Molla eşşәklәri qabağına qatıb, öz eşşәyini dә minәrәk dәyirmana gedir. Yolda bir meşәdәn keçәndә şübһәlәnib eşşәklәri sayır. Görür ki, sәkkizdi. Tez eşşәkdәn düşüb әtrafa göz gәzdirir, görsün biri neçә olubdu? Bir şey tapmayıb qayıdır yenә eşşәklәri sayır, görür ki, doqquzdu. Arxayın olur. Eşşәyә minib yoluna davam edir. Bir qәdәr gedәndәn sonra yenә eşşәklәri sayır, görür ki, sәkkizdi. Yenә eşşәkdәn düşüb ora-buranı axtarır, һeç şey tapmır, bir dә sayır, baxır ki, doqquzdu. Eşşәyini minib yola düşür. Bir qәdәrdәn sonra dayana bilmәyib yenә sayır. Görür ki, sәkkizdi. Molla eşşәkdәn düşüb, bir ağacın dibindә oturub fikrә gedir. Yoldan keçәn bir adam ondan soruşur:
    -Molla, niyә pәjmürdәsәn?
    Molla әһvalatı ona söylәyib deyir:
    -Eşşәyi minib sayır*** sәkkiz olur, düşüb sayıram doqquz olur. Gör mәnim başıma nә iş gәlir?
    Yolçu bәrkdәn gülüb deyir:
    -Bәs mindiyin?
    Molla deyir:
    -Mәn mindiyimi saymıram.

    Qonşu toyu

    Bir gün mollanın qonşuluğunda toy varmış. Çalıb oxuyur, yeyib-içirmişlәr. Bu zaman mollanın arvadının qışqıra-qışqıra qaçdığını görürlәr:
    -Ay aman, kömәk elәyin, molla mәni öldürdü!
    Molla da әlindә bir yekә ağac arvadını qovur:
    -Daһa bәsdi. Lap boğaza gәlmişәm, otuz ilin açığını sәndәn alacağam.
    Qonşuda olan toy adamları tökülüb arvadı һәyәtdә gizlәdir, mollanı da evә aparıb mәzәmmәt elәyirlәr. Ev saһibi gәlib deyir:
    -Bu lap yaxşı iş oldu. Biz mollanı toya çağırmamışıq, gәrәk bizi bağışlasın. Öz ayağı ilә gәldiyi üçün ondan razıyıq.
    Ortaya yemәk-içmәk gәlir, paxlava da qoyulur. Molla bir yandan mәzәli-mәzәli danışıb adamları güldürür, bir yandan da paxlavaları içәri ötürür. Bir qәdәrdәn sonra molla deyir:
    -Bizim arvadın baxtı var. Әgәr buraya gәlmәsәydi, qulağından tutub divara mıxlamışdım.
    Danışa-danışa paxlavaları da öz tәrәfinә çәkir. Yeyib doyandan sonra sözün düzünü deyir:
    -Bizim qonşu toy elәyib bizi çağırmadı. Arvad ilә fikirlәşdik, axırda bu oyunu düzәltdik. Mәn arvadımdan çox razıyam. Onu da çağırın.

    [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]

    Gülki Dünya Sənə Gülsün



  2. sensizolmaz Kullanicisina Bu Mesaja görə Təşəkkür Edənlər:

    tarkan (Monday 29 September 2008-1)

  3. #32
    Azerbaycan konularin nazir müduru sensizolmaz's Avatar
    Qeydiyyat
    Apr 2008
    Ünvan
    TəbriZzZzZzZ
    İsmarıclar
    858

    Level: 37 
    Təcrübə: 1,186,748
    Next Level: 1,209,937

    Thanks
    1,912
    Thanked 2,081 Times in 755 Posts

    Post Şəki Lətifələri

    Nolu göstərir

    Lütvəli Abdullayev maşınla Şəkiyə gedirmiş. Bir kəndin kənarından keçəndə görür ki, bir oğlan eşşəyin üstündə gedir. Lütvəli oğlana yaxınlaşıb soruşur:
    -Oğlan, siz bu kənddənsooz?
    Oğlan:
    -Mən bu kənddənəm, eşşək Şəkidən.
    Lütvəli:
    -Artıq benzinin varmı?
    Oğlan eşşəyin quyruğunu qaldırıb deyir:
    -Nolu göstərir.

    Gəl ortalayaq

    -Xala əyağo altından mənə bir öpüş verərsən?
    -Lap başımın üstündən də saa öpüş verərəm.
    -Xala sən baş vurdun, mən əyaxdan. Gəl bunu ortalayaq.

    Sındırıb ye

    -Xala izin ver göbəyo üstündə qoz sındırım.
    -Sənin ki könlündə biclik yoxdursa, bir daş altda qoy, bir daş üstə, sındırıb ye.

    Bu da dədəmə qalsın

    Bir dükançı həmişə piti bişirib, yeməyini dükanda yeyərmiş. Bir gün bu, piti yeyəndə dükana bir neçə tanış adam gəlir. Dükançı ağızucu onları da dəvət eləyir. Müştərilər süfrə qırağında əyləşib başlayırlar yeməyə.
    Pitinin suyunu yeyib qurtaran kimi dükançı:
    -Bu da dədəmə qalsın. – deyib pitinin ətini götürür.

    Arabanı ora sür

    Qarınqulu ehsanda o qədər yeyir ki, tərpənə bilmir. Qonşuları bunu araba ilə evinə aparmalı olurlar. Qarınqulu gözünü açıb göydə ulduzları görür və arabaçıdan soruşur:
    -Orada nə yığıncaqdır?
    Arabaçı deyir:
    -Orada da ehsan verilir.
    Qarınqulu:
    -Onda arabanı ora sür.

    Eşşəkdən danışsın

    Kişi arvadına deyir:
    -Eşşəyi sataq oğlana toy edək.
    Özünü yuxuluğa vuran oğlan bunu eşidir.
    Bundan sonra oğlan tez-tez anasına:
    -Atama de ki, eşşəkdən danışsın.– deyir.

    Beləsinnən olub

    Adətə görə, gəlin ər evində böyüklərlə kəlmə kəsməzmiş. Bir gün qaynatası onlan soruşur:
    -Axırı qızımın uşağı oldumu?
    Gəlin başı ilə «hə» işarəsi verir.
    - Oğlan oldu, yoxsa qız?
    Sözlə deməyi bacarmayan gəlin əlindəki qazanı yerə qoyur, sol əlini meyzərinin ətəyinə qədər sallayır, sağ əlinin üç barmağıyla göstərir ki, beləsindən olub.

    Xurcuna haqq deməmişən

    Faytonçu Xurnik Həsən çox baməzə adam olur. Faytona minən müşdərisinə deyir:
    -Ağro mən alım, xurcuna haqq deməmişəm, xurcuno çiynaa al.
    Müşdəri faytonda çiynində xurcun gedir. Faytonçu müştərisinin bu halını küçədən keçənlərə göstərir, özü də gülür, görənlər də.

    Oruc yediyini görmüşəm

    Bir nəfərdən soruşurlar:
    -Filankəs necə adamdır, oruc tutub namaz qılırmı?
    Cavabında: - Mən onun oruc yediyini görmüşəm, amma namaz qıldığını görməmişəm, - deyir.

    Maa görünmə

    Gəlin görür ki, təzə bəyin xoşuna gəlməyib, ondan soruşur:
    -A kişi, mən kimə görünüm, kimə görünməyim?
    Təzə bəy:
    -Bir maa görünmə, qalan kimə itəyirsən görün.

    Corab ayağımı sıxır

    Şən keçməsi üçün şəkili Bəhlul adlı bir baməzəni məclisə qonaq çağırırlar. Qonaqlıq yağışlı və soyuq vaxta təsadüf edir. Bəhlulun ayaqqabıları və corabları yırtıq imiş, ayaqları suyun, palçığın içində olur. Bəhlul corabları çıxarıb ayaqqabısının içinə qoyur, yalın ayaqla məclisə girir.
    Bəhlulu belə halda görən qonaqlar təəccüüblə soruşurlar:
    -A, Bəhlul, həbilə soyuqda corablaroo niyə çıxartmısan?
    Bəhlul özünü sındırmadan deyir:
    -Corabları təzə almış*** ayağımı sıxır.

    Toyuq peyini

    Zənqərəboğlu Hacıbala çox baməzə adam olub. O bir nəfər kəndliyə tapşırır ki, mənə bir araba toyuq peyini lazımdır. Peyinə yaxşı pul verəcəyini vəd edir. Həmin kəndli özü peyin gətiməyə söz verir. Bir həftə sonra kəndli peyin dolu arabanı Hacıbalanın dükanının qabağında saxlayır. Kəndli peyini boşaldıb pulu almasına ümid edir.
    Bir qədər keçəndən sonra Hacıbala kişi gəlir. Barmağı ilə peyinin ora-burasını eşib baxır. Sonra başını bulaya-bulaya deyir:
    -Ağro mən alım, saa demişdim toyux peyini gətir. Buna xoruz peyini də qatışıb.
    Kəndli əlacsızlıqdan arabanı geri qaytarır, peyini tullamağa yer axtarır.

    Güzgü məsələsi

    Keçmişdə bir tərəkəmə dağdan enəndə bir parça güzgü tapır. Güzgüyə baxır, öz sifətin görür, gülüb deyir:
    -Bu nə eybəcər adamdır!
    Evdə də bir neçə dəfə beləcə güzgüyə baxıb ülür.
    Arvadı buna təəccüblənir. Kişi yatandan sonra xəlvətcə alıb güzgüyə baxır, öz-özünə fikirləşir:
    -Bəxtəvər başıma, kişinin xoşuna bu arvad gəlirmiş. Yəqin ki, buna bənd olub.
    Qaynana görür ki, gəlin çox pərtləşib. Səbəbini öyrənir. O da fürsət tapıb güzgüyə baxır və deyir:
    -Bu nə eybəcər arvaddı. Gedə dəli oluf görəsən, nədi? Belə eybəcər arvada bənd oluf…

    Protezli adamın diş ağrısı

    Bir nəfərin dişlərinin hamısı «protez» (qayrılma diş) olur. Onun dişlərinin yeri ağrıyır. Elə hesab edir ki, ağrıyan dişidir. Protezi ağzından çıxarıb yerə qoyur və deyir:
    -İndi nə qədər ağrıyısan ağrı, sora ağzıma qoyaram.

    Suyumuz bulanıxdı

    Bir dövlətli adam heç vaxt kasıb qonşusunu məclisinə çağırmazmış.
    Bir dəfə gecə vaxtı dövlətlinin evi yanır. O, hovuzdan su götürmək üçün kasıb qonşunun qapısını döyür. Ona kömək etmək istəməyən kasıb qaçox gec hay verir. Dövlətli qonşu onun hovuzundan su götürmək istədiyini bildirir.
    Kasıb qonşu qapının arxasından deyir:
    -A, bala, suyumuz bulanıxdı, saa layıx döyül. Hayındı özün bax, işinə yarıyırsa, gəlim qapını açım.

    Kurort bizə gəlif

    Həddindən artıq kökəlmiş bir arvad arıqlamaq üçün kurorta getməyə hazırlaşır. Qohumlarından biri ona məsləhət görür ki, əvvəlcə oğlunu evləndirsin, sonra kurorta getsin. Kök arvad məsləhəti eşidir və oğlunu evləndirir.
    Bir neçə aydan sonra məsləhət verən onlara gəlir, arvadın həddindən artıq arıqladığını görüb deyir:
    - eyəsən kurortda olmusan, oranın havası saa yaman düşüf.
    Kök arvad cavab verir:
    -Yox, mən kurorta getməmişəm, kurort bizə gəlif.

    Sifariş

    Səriştəsi olmayan bir aşıq çayxanada sifarişlə oxuyurmuş. Sifarişçilər aşıqdan o qədər də razı qalmırdılar. Çay içən bir nəfər ona beş manat göndərir və belə sifariş edir: «Mən təziyəliyəm. Mən çayçıdan çıxana qədər oxumasın».

    Sən molladan çox bilmirsən ki…

    Uzun müddət xəstə olan anaya oğlundan başqa heç kim baxmır. Bir sözlə, xəstəyə ancaq oğul qulluq edir. Oğlan hər gün anasını səbətə qoyub iş yerinə, sahəyə aparır. Oğlan ananın rahatlığını düzəltdikdən sonra sahədəki işini görür. İşdən sonra isə ananı səbətə qoyub evə qaytarır.
    Bir gün işə gedəndə rastına çıxan molla oğlana deyir:
    -Sən niyə hər gün ananı səbətlə aparıb-gətirirsən?
    Oğlan deyir:
    -Anam xəstədir. Ona qulluq etməyə başqa adam yoxdur. Sağalmır ki, sağalmır.
    Molla deyir:
    -Anan sağalmırsa, onda onu ərə ver.
    Oğlan cavab verir:
    -Ona heç bir şey kar eləməz.
    Ana tələsik səbətdən əlini çıxarır, oğlunun başına bir qapaz vurub deyir:
    -Sən o kişidən çox bilmirsən ki…

    Söylədi 84 yaşlı Şəki sakini Lütvəli Bahabov.

    [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]

    Gülki Dünya Sənə Gülsün



  4. sensizolmaz Kullanicisina Bu Mesaja görə Təşəkkür Edənlər:

    tarkan (Monday 29 September 2008-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

oxud kendi

kicik dehne

Lətifələr

kicik dehne kendi

seki kicik dehne

dehne kendi

essek sekilisheki kicik dehnenew lətifələrseki qizlari
SEO Blog

Tags for this Thread

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts

Search Engine Friendly URLs by vBSEO